AFFA-nın təşkilatçılığı ilə keçirilən U-14 Liqasında 2022/23 mövsümünə yekun vurulub. Elvin Həsənovun baş məşqçisi olduğu “Sabah”ın U-14 komandası mövsümü ikinci pillədə, gümüş medalla başa vurub.

Liqanın həlledici oyununda “Sabah” və “Qarabağ” üz-üzə gəlib. Binə qəsəbə stadionunda keçirilən matç rəqibin qələbəsi ilə başa çatıb – 2:1. Komandamızın yeganə qoluna Murad Həmidov imza atıb.