AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq yaş qrupundan ibarət komandası mövsümü çempion kimi başa vurub. Liqanın həlledici oyununda “Neftçi”ni 2:0 hesabıyla məğlub edən Savalan Əlizadənin yetirmələri qızıl medallara sahib çıxıblar. Binə qəsəbə stadionunda keçirilən matçda qollarımıza Ülvi Əlizadə və Firdovsi Şeydayev imza atıblar.
Qeyd edək ki, son mövsümdə akademiyamızın U-17 komandası qızıl, U-14 komandası isə gümüş medal qazanıb.