“Sabah”ın yay hazırlıq planı bəlli olub. Komandamız növbəti mövsümün hazırlıqlarına iyunun 21-də Bakıda başlayacaq. Paytaxtda baş tutacaq toplanış iyunun 29-dək davam edəcək. Həmin tarixdə komandamız Qəbələyə yola düşəcək.  Qəbələ toplanışı iyulun 5-də başa çatacaq. İyulun 6-da isə komandamız hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Bu ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.

Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.