Türkiyənin Rize şəhərində keçirilən “Yiğit Demirel” Beynəlxalq Futbol Turnirinə yekun vurulub.

“Sabah”ın U-12 komandası turniri çempion kimi başa vurub. Qrup və 1/4 final mərhələsini uğurla başa vuran Nasir Nəsirlinin yetirmələri yarımfinalda “Samsunspor”u məğlub edərək (3:2) finala vəsiqə qazanıb. Həlledici matçda “Altınordu” ilə qarşılaşan komandamız bu oyundan da qalib ayrılaraq (1:0) çempion olub.

Yiğit Demirel Beynəlxalq Futbol Turniri
Yarımfinal

Sabah 3:2 Samsunspor
Qollar: Abbas Məmmədli (2), Həsən Ramazanov.

Final

Altınordu 0:1 Sabah
Qol: Abbas Məmmədli.