Türkiyənin Rize şəhərində keçirilən “Yiğit Demirel” Beynəlxalq Futbol Turnirində iştirak edən “Sabah”ın U-12 komandası yarımfinala vəsiqə qazanıb.

Qrup mərhələsində “Trabzonspor”u (8:0), “Erzurumspor”u (2:1), “Qldani”ni (1:0) və “Girseunspor”u (4:0) məğlub edən, “Altınordu”ya məğlub olan (2:3) Nasir Nəsirlinin yetirmələri 1/4 finala yüksəlib. Bu mərhələdə “Ankaragücü” ilə qarşılaşan komandamız 2:0 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

Komandamızın turnirdə keçirdiyi oyunlar:

Qrup mərhələsi

Sabah 8-0 Trabzonspor
Qollar: Ülvi Əlizadə, Həsən Ramazanov, Abbas Məmmədli, Əli Məmmədli, Səid Məhərrəmzadə, Rasim Cavadov, Nihad Əsgərli, Fərid Həsənli.

Sabah 2-1 Erzurumspor
Qollar: Abbas Məmmədli, Əli Məmmədli.

Altınordu 3-2 Sabah
Qollar: Ülvi Əlizadə (2).

Sabah 1-0 Qldani
Qol: Ayxan Əliyev.

Sabah 4-0 Giresunspor
Qollar: Abbas Məmmədli (3), Həsən Ramazanov.

1/4 final

Sabah 2-0 Ankaragücü
Qollar: Abbas Məmmədli, Elcan Sadiqli.