U-16 Liqasında XXX turun oyunları keçirilib. “Sabah”ın U-16 komandası səfərdə “Səbail”lə qarşılaşıb. “ASCO Arena”da keçirilən oyunda 4:1 hesabıyla qalib gələn İlqar Mənsimovun yetirmələri vaxtından öncə çempionluğu təmin edib. Matçda qollarımıza Emin Feyzullayev, Babamirzə Mehdiyev, Əhməd Tarverdiyev və Ramin Əvəzov imza atıblar.

Qeyd edək ki, bu mövsümdə U-16-dan başqa U-13 və U-17 komandalarımız çempion, U-14 komandamız isə ikinci olub.