“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Müdafiəçi Rəhman Daşdəmirov bundan sonra komandamızın uğurları üçün çalışacaq. “Şamaxı”dan transfer edilən gənc futbolçuyla 2 illik müqavilə bağlanıb.

Son mövsümü “Şamaxı”da keçirən Rəhman, karyerası ərzində “Neftçi” (U-19) və MOİK klublarında da çıxış edib.