“Sabah” FK müdafiəçi Zurab Oçiqava ilə yollarını ayırıb. Ukraynalı futbolçu ilə mövsümün sonunda bitən müqavilə müddəti yenilənməyib.
Zurab 2021-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. Futbolçu komandamızda çıxış etdiyi dövr ərzində 36 oyunda şans qazanıb, 2 qol vurub.
Oçiqavaya kluba xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.