Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən matç 2:2 hesablı bərabərliklə nəticələnib. Komandamızın heyətində Davit Volkov və Sofian Çakla fərqləniblər.
Baş məşqçimiz Murad Musayev matçda aşağıdakı heyətə şans verib:
İlk hissədə meydana çıxanlar: Nicat Mehbalıyev, Boyan Letiç, Con İrasabal, Sofian Çakla, Amin Seydiyev, Elvin Camalov, Ceyhun Nuriyev, Anatoli Nuriyev, Aleksey İsayev, Namik Ələskərov, Davit Volkov.
İkinci hissədə meydana çıxanlar: Yusif İmanov, Tellur Mütəllimov, Emmanuel Apeh, Kristian Sebalyos, Camal Cəfərov, Rəhman Daşdəmirov Kristian Da Silva, Hiqor Qabriel, Şakir Seyidov.