2023/24-cü illər mövsümü üçün oyun formalarımızı təqdim edirik. “Nike” şirkətinin istehsalı olan formalar qara və ağ rəngdədir.
Ev oyunlarımız üçün nəzərdə tutulmuş qara formamızın üzərindəki yazılar Masazır gölünün rənginə uyğun olaraq çəhrayıdır. Səfər oyun formamız isə ağ rəngdədir.
Yeni formalarımız tezliklə onlayn mağazamızda satışda olacaq.