“Sabah” yarımmüdafiəçi Kristian Da Silva Fil ilə yeni müqavilə bağlayıb. Braziliyalı futbolçu ilə yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir.

Da Silva 2022-ci ilin fevral ayından “Sabah”ın üzvüdür. O, komandamızın heyətində 34 oyun keçirib, 2 qola imza atıb.