Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Sabah” hazırlıq prosesinin ikinci mərhələsi çərçivəsində bu gün Avstriyaya yola düşüb. Komandamız bu gün günorta saatlarında təlim-məşq toplanışının baş tutacağı Tirol bölgəsinin Fulpmes qəsəbəsinə çatıb. Murad Musayevin yetirmələri axşam saatlarında ilk məşqinə çıxıb. Məşq zamanı futbolçular məşqçilərin tapşırığı əsasında topla və topsuz müxtəlif təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, “Sabah”ın Avstriya toplanışı iyulun 20-dək davam edəcək. Komandamız hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.