Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi bəlli olub. Komandamız Qətərin “Al-Sadd” klubu ilə qarşılaşacaq. Görüş iyulun 9-u yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00-da) Kematen stadionunda baş tutacaq.
Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Digər rəqiblərlə bağlı qarşıdakı günlərdə məlumat veriləcək.