Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” toplanış çərçivəsində ilk oyununu keçirib. Komandamız Qətərin “Al-Sadd” klubu ilə qarşılaşıb. Kematen stadionunda keçirilən matç 3:1 hesablı qələbəmizlə nəticələnib. Oyunda qollarımıza Namik Ələskərov, Con İrasabal və Emmanuel Apeh imza atıblar. Baş məşqçimiz Murad Musayev qarşılaşmada aşağıdakı heyətə şans verib:
Start heyət: Yusif İmanov, Con İrasabal, Sofian Çakla, Amin Seydiyev, Boyan Letiç, Elvin Camalov (k), Aleksey İsayev, Anatoli Nuriyev, Coy-Lens Mikels, Namik Ələskərov, Davit Volkov.
Sonradan meydana çıxanlar: Nicat Mehbalıyev, Rəhman Daşdəmirov, Hiqor Qabriel, Tellur Mütəllimov, İldar Alekperov, Camal Cəfərov, Emmanuel Apeh, Əhməd Tarverdiyev, Seymur Məmmədov, Kristian Da Silva, Şakir Seyidov.
Komandamız Avstriya toplanışı çərçivəsində daha iki oyun keçirəcək. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.