Yeni transferimiz Sofian Çakla klubumuzun saytına müsahibə verib. Mərakeşli müdafiəçi müsahibə zamanı “Sabah”dakı ilkin təəssüratlarından və hədəflərindən danışıb.
Qeyd edək ki, Sofian artıq “Sabah”ın heyətində “Qəbələ” (2:2) və “Al-Sadd”la (3:1) yoxlama oyunlarında şans qazanıb. Futbolçu “Qəbələ” ilə matçda komandamızın heyətində ilk qoluna imza atıb.