Avstriyada yeni mövsümə hazırlığı davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirib.

Komandamız Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli” klubuyla qarşılaşıb. İtaliyanın San Martino in Passiriya qəsəbəsində keçirilən matç rəqibin qələbəsilə nəticələnib (1:4). Oyunda komandamızın qoluna Coy-Lens Mikels imza atıb. Baş məşqçimiz Murad Musayev qarşılaşmada aşağıdakı heyətə şans verib:

Start heyət: Yusif İmanov, Boyan Letiç, Sofian Çakla, Con İrasabal, Amin Seydiyev, Elvin Camalov (k), Anatoli Nuriyev, Aleksey İsayev, Coy-Lens Mikels, Namik Ələskərov, Emmanuel Apeh.

Sonradan meydana daxil olanlar: Rüstəm Samiqullin, Rəhman Daşdəmirov, İldar Alekperov, Tellur Mütəllimov, Vinsent Till, Ceyhun Nuriyev, Kristian Da Silva, Davit Volkov.

Qeyd edək ki, bu, komandamızın Avstriya toplanışı çərçivəsində keçirdiyi ikinci oyun idi. Murad Musayevin yetirmələri toplanış çərçivəsində keçirdiyi ilk matçda Qətərin “Al-Sadd” klubunu məğlub etmişdi (3:1).