Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Sabah” dünən Almaniyanın “Sankt-Pauli” klubu ilə yoxlama oyunu keçirib. Matçdan sonra baş məşqçimiz Murad Musayev “Sabah” TV-yə müsahibə verib. Rusiyalı mütəxəssis müsahibə zamanı hazırlıq, yoxlama oyunları və digər məsələlər barədə fikirlərini bildirib.