Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkü atılıb. “Sabah” yeni mövsümün ilk turunda evdə “Qəbələ” ilə qarşılaşacaq. Komandamız II turda səfərdə “Sumqayıt”la, III turda evdə “Neftçi” ilə, IV turda səfərdə “Zirə” ilə, V turda isə evdə “Turan Tovuz”la üz-üzə gələcək.
Mövsümə avqustun 4-də start veriləcək.