Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.
Komandamız Yunanıstanın “Olimpiakos” klubuyla qarşılaşıb. Kematen stadionunda keçirilən qarşılaşmada hesabı 42-ci dəqiqədə komandamızın hücumçusu Davit Volkov açıb. Rəqib 64-cü dəqiqədə hesabı bərabərləşdirib – 1:1. Oyun elə bu hesabla da başa çatıb.
Baş məşqçimiz Murad Musayev matçda aşağıdakı heyətə şans verib:
Start heyətimiz: Yusif İmanov, Amin Seydiyev, Con İrasabal, Sofian Çakla, Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov (k), Anatoli Nuriyev, Namik Ələskərov, Kristian da Silva, Davit Volkov.
Fasilədən sonra meydana çıxanlar: Tellur Mütəllimov, Hiqor Qabriel, Vinsent Till, İldar Alekperov, Rəhman Daşdəmirov, Şakir Seyidov, Ceyhun Nuriyev, Emmanuel Apeh.
Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk oyununda Qətərin “Al-Sadd” (3:1), ikinci matçında isə Almaniyanın “Sankt-Pauli” klubuyla qarşılaşmışdı (1:4). Komandamız sabah Bakıya qayıdacaq.