UEFA Konfrans Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Yarışa II təsnifat mərhələsindən qoşulacaq “Sabah”ın rəqibinin kimliyinə aydınlıq gəlib. Komandamız avrokuboklarda debüt oyununu Latviyanın RFS klubuna qarşı keçirəcək. İlk matç səfərdə olacaq. Yurmala şəhərinin “Sloka” stadionunda baş tutacaq qarşılaşma iyulun 26-da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu komandalar arasında cavab matçı avqustun 3-də baş tutacaq.