UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. “Sabah”ın potensial rəqibi də bəlli olub. Belə ki, komandamız II təsnifat mərhələsində RFS-ni (Latviya) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə Serbiyanın “Partizan” klubu ilə qarşılşacaq.
III təsnifat mərhələsinin oyunları 10 və 17 avqust tarixlərində oynanılacaq.