“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Mərakeşli müdafiəçi Maruan Hadudi bundan sonra komandamızın uğurları üçün çalışacaq. Mərkəz müdafiəçisi ilə müqavilənin müddəti 1+1 illikdir.
Maruan karyerası ərzində Mərakeşin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarında oynayıb.
Yeni transferimiz komandamızda 24 nömrəli formada çıxış edəcək.