Sabah komandamız tarixində ilk avrokubok oyununa çıxacaq. Matçdan öncə baş məşqçimiz Murad Musayev oyunla bağlı fikirlərini bildirib:
“Komanda olaraq yaxşı hazırlıq keçdik. Bütün futbolçular sabahkı oyunu gözləyir. Hazırda Latviyada çempionat davam edir. Bu rəqib üçün üstünlük sayıla bilər. Lakin bunda qorxulu heç nə yoxdur. Hər şey bizim özümüzdən asılıdır.
Azarkeşlərimizə demək istərdim ki, yaxşı nəticə üçün var qüvvəmizlə sona kimi mübarizə aparacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, RFS – “Sabah” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.