“Sabah” Futbol Klubu müdafiəçi Abdulaye Ba ilə yollarını ayırıb. Seneqallı futbolçu ilə ötən mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Ba 2022-ci ilin iyul ayından “Sabah”da çıxış edirdi. O, komandamızın heyətində çıxış etdiyi müddət ərzində 23 oyun keçirib, 2 qola imza atıb.

Abdulayeyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.