UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – RFS cavab oyununa media nümayəndələri üçün akkreditasiya qeydiyyatı başlayıb.
Qeydiyyatdan keçmək istəyən şəxslər avqustun 1-i, saat 18:00-a qədər aşağıda qeyd olunanları info@sabahfc.az elektron ünvanına göndərməlidirlər:
– Ad-soyad;
– Təmsil etdiyi mətbuat orqanının adı;
– Vəzifəsi;
– 2022/23-cü il mövsümünə aid PFL akkreditasiyası.
Müraciətinə info@sabahfc.az elektron ünvanından müsbət cavab verilmiş şəxslər qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Qeyd: Stadionun media sektorunda yer məhdud sayda olduğundan hər mətbuat orqanına 1, TV-lərə isə 2 ədəd akkreditasiya ayrılacaq. Akkreditasiyaların verilmə tarixi və yeri haqqında daha sonra məlumat veriləcək.