UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vuruldu. “Sabah” bu mərhələnin cavab oyununda evdə Latviyanın RFS klubu ilə qarşılaşdı. “Bank Respublika Arena”da keçirilən matçda 2:1 hesablı qələbə qazanan komandamız, ümumi hesabda 4:1 (ilk oyunda 2:0 qalib gəlmişdik) qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb. Oyundan sonra baş məşqçimiz Murad Musayev mətbuat konfransında fikirlərini bildirib:
Qeyd edək ki, “Sabah” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 10-da saat 20:00-da Masazırda, “Bank Respublika Arena”da, cavab oyunu isə avqustun 17-də Belqradda baş tutacaq.