Əvəzedicilər Liqasında yeni mövsümə start verilib. “Sabah”ın müvafiq komandası çempionatın açılış oyununda evdə “Qəbələ-2” ilə qarşılaşıb. “ASK Arena”da keçirilən matç rəqibin qələbəsi ilə nəticələnib – 1:3. Görüşdə komandamızın qoluna Camal Cəfərov imza atıb.
“Sabah-2” Əvəzedicilər Liqasında növbəti matçını avqustun 14-də səfərdə “Sumqayıt-2”-yə qarşı keçirəcək.