UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Partizan” oyununa qeydiyyatdan keçmək istəyən mətbuat nümayəndələri avqustun 8-i, saat 18:00-a qədər aşağıda qeyd olunanları info@sabahfc.az elektron ünvanına göndərməlidirlər:

– Ad-soyad;

– Təmsil etdiyi mətbuat orqanının adı;

– Vəzifəsi;

– Peşəkar Futbol Liqası tərəfindən verilmiş akkreditasiya.

Müraciətinə info@sabahfc.az elektron ünvanından müsbət cavab verilmiş şəxslər qeydiyyatdan keçmiş hesab olunacaqlar. “Sabah” – RFS oyunu üçün verilmiş akkreditasiyalar “Sabah” – “Partizan” qarşılaşmasında da keçərli olacaq.

Qeyd: Stadionun media sektorunda yer məhdud sayda olduğundan hər mətbuat orqanına 1, TV-lərə isə 2 ədəd akkreditasiya ayrılacaq. Yeni qeydiyyatdan keçənlər üçün akkreditasiyalar avqustun 9-da, saat 12:00-dan saat 17:00-dək “Bank Respublika Arena”nın mətbuat otağında veriləcək.