UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkatması olub.

“Sabah” – “Partizan” oyununun qalibi pley-off mərhələsində FCSB (Rumıniya) – “Norşelland” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq. Pley-off mərhələsində ilk oyunlar avqustun 24-də, cavab matçları isə avqustun 31-də keçiriləcək.

Qeyd edək ki, “Sabah” və “Partizan” arasında ilk oyun avqustun 10-da Masazırdakı “Bank Respublika Arena”da, cavab qarşılaşması isə avqustun 17-də Belqradda baş tutacaq.