Əvəzedicilər Liqasında 2-ci tura start verilib. “Sabah”ın əvəzedici komandası bu turda səfərdə “Sumqayıt”ın müvafiq komandası ilə qarşılaşıb. “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçirilən matç “Sabah-2”-nin böyük hesablı (5:2) qələbəsi ilə nəticələnib. Oyunda komandamızın qollarına Oluvaseun Timilehin (2), Şahmar Aşurov, Nicat Quliyev və  Sənan Ağayev imza atıblar. “Sabah-2”-nin baş məşqçisi Rövşən Babayev oyunda aşağıdakı heyətə şans verib:

75. Emil Həbibov, 13. İdris İnqilablı (k), 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 25. Hüseyn Məmmədzadə, 28. Vasif Fərəcov, 70. Məhəmməd Əliyev, 97. Şahmar Aşurov (80. Sənan Ağayev, 54), 71. Əli Əlizadə (93. Səbuhi Qurbanov, 62), 36. Yaqub Yusubov, 90. Oluvaseun Timilehin (50. Emin Məcidzadə, 83).

Ehtiyat oyunçular: 76. Süleyman Həsənov 86. Kamil Mahmudov 78. Cavid Məmmədli.

“Sabah-2” növbəti oyununu evdə “Neftçi-2”-yə qarşı keçirəcək. Matç avqustun 21-də saat 18:00-da “ASK Arena”da baş tutacaq.