Baş məşqçimiz Murad Musayev UEFA Konfrans Liqasının cavab oyunu çərçivəsində keçirilmiş “Partizan”la oyundan sonra fikirlərini bildirib:

“Rəqibə meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. “Partizan” böyük qüvvə ilə irəli atılmışdı. Bu da bizə sürətli əks-hücumlar etmək üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən sonra, ikinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi. Əlavə vaxtda sərgilədiyimiz oyundan razı qaldım. Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da dəyərləndirə bilmədik. Təəssüf ki, penaltilər seriyasında məğlub olduq. Avrokuboklarrda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi. “Partizan” böyük təcrübəyə malik komandadır. Onları növbəti mərhələyə keçmələri münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram”. Murad Musayev: “Rəqibə meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. “Partizan” böyük qüvvə ilə irəli atılmışdı. Bu da bizə sürətli əks-hücumlar etmək üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən sonra, ikinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi. Əlavə vaxtda sərgilədiyimiz oyundan razı qaldım. Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da dəyərləndirə bilmədik. Təəssüf ki, penaltilər seriyasında məğlub olduq. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi. “Partizan” böyük təcrübəyə malik komandadır. Onları növbəti mərhələyə keçmələri münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram”.