Əvəzedicilər Liqasında 3-cü tura yekun vurulub. “Sabah-2” bu turda evdə “Neftçi-2” ilə qarşılaşıb. “ASK Arena”da keçirilən oyun komandamızın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Oyunda qolumuza İdris İnqilablı imza atıb. Baş məşqçi Rövşən Babayev oyunda aşaıdakı start heyətinə şans verib.

16. Rüstəm Samiqullin, 13. İdris İnqilablı (k), 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev (80. Sənan Ağayev, 58), 25. Hüseyn Məmmədzadə, 28. Vasif Fərəcov, 70. Məhəmməd Əliyev, 97. Şahmar Aşurov, 71. Əli Əlizadə (93. Səbuhi Qurbanov, 52), 36. Yaqub Yusubov, 90. Oluvaseun Timilehin (32. Eltun Həsənli, 84).

Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 86. Kamil Mahmudov, 50. Emin Məcidzadə, 78. Cavid Məmmədli.

Komandamız növbəti oyununu avqustun 27-də, səfərdə “Zirə-2”-yə qarşı keçirəcək.