Əvəzedicilər Liqasında 4-cü turun oyunları keçirilir. “Sabah”ın əvəzedicilərdən ibarət komandası bu turda səfərdə “Zirə-2” ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matç rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Qarşılaşmada yeganə qolumuza Emin Məcidzadə imza atıb. Komandamız görüşün 8-ci dəqiqəsindən azlıqda mübarizə aparmalı olub. Belə ki, matçın 8-ci dəqiqəsində Nicat Quliyev birbaşa qırmızı vərəqə alıb. Baş məşqçimiz Rövşən Babayev oyunda aşağıdakı heyətə şans verib:
16. Rustam Samigullin, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 86. Kamil Mahmudov (78. Cavid Məmmədli, 81), 50. Emin Məcidzadə (88. Xəyal Əliyev, 59), 25. Hüseyn Məmmədzadə, 28. Vasif Fərəcov, 70. Məhəmməd Əliyev, 97. Şahmar Aşurov (k) (47. Firəddin Abdullayev, 59), 71. Əli Əlizadə (80. Sənan Ağayev, 81), 36. Yaqub Yusubov.
Ehtiyat oyunçular: 75. Emil Həbibov 76. Süleyman Həsənov 32. Eltun Həsənli.
Komandamız növbəti turda evdə “Turan Tovuz-2” ilə qarşılaşacaq. Görüş sentyabrın 2-də, saat 18:00-da “ASK Arena”da keçiriləcək.