Əvəzedicilər Liqasında 5-ci tura start verilib. “Sabah”ın əvəzedici komandası bu turda evdə “Turan Tovuz-2” ilə qarşılaşıb. “ASK Arena”da keçirilən matç komandamızın 5:0 hesablı qələbəsi ilə nəticələnib. Qarşılaşmada qollarımıza Ceyhun Nuriyev (2), Şahmar Aşurov, Məhəmməd Əliyev və Xəyal Əliyev imza atıblar. Baş məşqçimiz Rövşən Əhmədov oyunda aşağıdakı heyətə şans verib:
16. Rustam Samigullin, 21. İldar Alekperov (36. Yaqub Yusubov, 67), 29. Ceyhun Nuriyev (47. Firəddin Abdullayev, 62), 33. Camal Cəfərov (80. Sənan Ağayev, 57), 22. Seymur Məmmədov, 40. Rauf Rüstəmli (k), 25. Hüseyn Məmmədzadə, 28. Vasif Fərəcov, 70. Məhəmməd Əliyev (50. Emin Məcidzadə, 62), 97. Şahmar Aşurov (88. Xəyal Əliyev, 57), 78. Cavid Məmmədli.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 86. Kamil Mahmudov, 71. Əli Əlizadə, 32. Eltun Həsənli.
“Sabah-2” çempionatda növbəti oyununu sentyabrın 18-də səfərdə “Qarabağ-2”-yə qarşı keçirəcək. Matç saat 16:00-da Binə qəsəbə stadionunda baş tutacaq.