Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında fasilə yaranıb. “Sabah” FK-nın 9 futbolçusu müxtəlif milli komandalara çağırılıblar. Belə ki, Yusif İmanov, Amin Seydiyev, Elvin Camalov, Aleksey İsayev Azərbaycanın əsas, Rüstəm Samiqullin, Camal Cəfərov və Seymur Məmmədov isə 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıblar. Bundan əlavə, Vinsent Till Lüksemburq, Jarl Marqarita isə Kurasao yığma komandasına dəvət olunub.