“Sabah” FK daha bir futbolçunun keçidini rəsmiləşdirib. Yamaykalı vinger Kahim Parris Ukraynanın “Dinamo” (Kiyev) klubundan icarəyə götürülüb. İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir. Anlaşmaya əsasən, klubumuz mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malik olacaq.
Kahim karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Futbolçu 2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinin də üzvü olan vinger yığmada 10 matç keçirib.
Parris “Sabah”da 28 nömrəli formada çıxış edəcək.