“Sabah” milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilə dönəmində yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Turan Tovuz”la qarşılaşıb (2:3). “Bank Respublika Arena”da keçirilmiş matçda qollarımıza Davit Volkov və Kahim Parris imza atıblar. Baş məşqçimiz Murad Musayev oyunda aşağıdakı heyətə şans verib:

Rövşən Əliyev, Sofian Çakla, Con İrasabal, Maruan Hadudi, Boyan Letiç, Ayaz Quliyev, Anatoli Nuriyev, Namik Ələskərov, Cesse Sekidika, Kahim Parris, Davit Volkov.

Sonradan meydana çıxanlar: Rauf Əyyubov, Rəhman Daşdəmirov, Kristian Da Silva, İldar Alekperov, Firəddin Abdullayev, Xəyal Əliyev, Yaqub Yusubov, Nicat Quliyev, Cavid Məmmədli, Şahmar Aşurov, Rauf Rüstəmli.