Yeni transferimiz İshak Belfodil klub saytına açıqlama verib. Əlcəzairli hücumçu “Sabah”da olmaqdan şad olduğunu bildirib və azarkeşlərə səslənib:

“Burada olmaqdan çox şadam. Yeni klubumda ilk oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm. “Sabah” gənc klubdur. Burada əsas məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdır. Azarkeşlərimizə məni xoş qarşıladıqlarına görə təşəkkür edirəm. İnşallah, mən və komanda var qüvvəmizlə çalışaraq əlimizdən gələni edəcəyik ki, onları müsbət nəticələrimizlə sevindirək”.

Qeyd edək ki, Belfodil “Sabah”la 2+1 illik müqavilə bağlayıb.