Əvəzediclər Liqasında 6-cı tura yekun vurulub. “Sabah”ın əvəzedici komandası bu turda səfərdə “Qarabağ-2” ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda komandamızın qoluna Xəyal Əliyev imza atıb. Baş məşqçimiz Rövşən Babayev qarşılaşmada aşağıdakı heyətə şans verib:
16. Rustam Samigullin, 21. İldar Alekperov (50. Emin Məcidzadə, 64), 29. Ceyhun Nuriyev, 13. İdris İnqilablı (k), 33. Camal Cəfərov (88. Xəyal Əliyev, 46), 22. Seymur Məmmədov (93. Səbuhi Qurbanov, 46), 40. Rauf Rüstəmli (71. Əli Əlizadə, 64), 72. Vasif Fərəcov, 73. Məhəmməd Əliyev (47. Firəddin Abdullayev, 46), 97. Şahmar Aşurov, 78. Cavid Məmmədli.
“Sabah-2” Əvəzedicilər Liqasında növbəti oyununu evdə “Kəpəz-2”-yə qarşı keçirəcək. Görüş sentyabrın 25-də, saat 17:00-da “ASK Arena”da baş tutacaq.