Əvəzedicilər Liqasında VII tura start verilib. “Sabah-2” bu turda evdə “Kəpəz-2” ilə qarşılaşıb. “ASK Arena”da keçirilən matç komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Görüşdə qollarımıza Xəyal Əliyev və İldar Alekperov imza atıblar. Komandamızın baş məşqçisi Rövşən Babayev matçda aşağıdakı heyətə şans verib:
Emil Həbibov, 29. Ceyhun Nuriyev, 13. İdris İnqilablı (k), 40. Rauf Rüstəmli, 47. Firəddin Abdullayev (21. İldar Alekperov, 55), 91. Nicat Quliyev (89. Mixail Beştoev, 63), 88. Xəyal Əliyev (80. Sənan Ağayev, 71), 50. Emin Məcidzadə (93. Səbuhi Qurbanov, 55), 72. Vasif Fərəcov, 71. Əli Əlizadə, 36. Yaqub Yusubov (33. Camal Cəfərov, 55).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 76. Süleyman Həsənov, 86. Kamil Mahmudov, 73. Məhəmməd Əliyev, 97. Şahmar Aşurov, 78. Cavid Məmmədli.
7 turdan sonra hesabında 12 xal olan komandamız turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Sabah-2” Əvəzedicilər Liqasında növbəti oyununu oktyabrın 1-də, saat 18:00-da “ASCO Arena”da “Səbail-2”-yə qarşı keçirəcək.