17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası formatında təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
“Sabah” FK-nın qızlardan ibarət komandasının üzvləri – Aygün Novruzova, Xanım Əsədova, Adelina Ağayeva, Günay Sultanlı və Mədina Curuqova da yığmamıza dəvət alıblar.
Qeyd edək ki, 2-8 oktyabr tarixlərində, Xorvatiyada təşkil olunacaq seçmə oyunlarda millimiz meydan sahibləri ilə yanaşı, Lüksemburq və Malta yığma komandaları ilə qarşılaşacaq.