“Sabah” Futbol Akademiyası və “Vətən” Futbol Məktəbinin futbolçu və məşqçi heyəti İkinci Fəxri Xiyabanı ziyarət ediblər.
Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların məzarları üzərinə güllər qoyulub. Akademiyamızın məşqçilər heyəti azyaşlı futbolçularımıza şəhidlərimizin qəhrəmanlıqları barədə danışıb, onların Vətənin müdafiəsi uğrunda etdikləri fədəkarlıqların heç vaxt unudulmamalı olduğunu qeyd ediblər.