Əvəzedicilər Liqasında VIII tura start verilib. “Sabah-2” bu turda səfərdə “Səbail-2” ilə qarşılaşıb. “ASCO Arena”da keçirilən oyun komandamızın 3:1 hesablı qələbəsi ilə nəticələnib. Matçda qollarımıza Jarl Marqarita, Ceyhun Nuriyev və Cavid Məmmədli imza atıblar. Baş məşqçimiz Rövşan Babayev görüşdə aşağıdakı heyətə şans verib:
75. Emil Həbibov, 21. İldar Alekperov (50. Emin Məcidzadə, 69), 29. Ceyhun Nuriyev, 27. Jarl Marqarita (89. Mixail Beştoev, 79), 13. İdris İnqilablı (k), 33. Camal Cəfərov, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev (80. Sənan Ağayev, 79), 71. Əli Əlizadə (97. Şahmar Aşurov, 69), 93. Səbuhi Qurbanov, 78. Cavid Məmmədli (53. Fəxri Məmmədli, 85).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 76. Süleyman Həsənov, 47. Firəddin Abdullayev, 91. Nicat Quliyev, 72. Vasif Fərəcov, 73. Məhəmməd Əliyev, 36. Yaqub Yusubov.
8 oyundan sonra hesabında 15 xal olan “Sabah-2” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komandamız növbəti turda evdə “Araz-Naxçıvan-2” ilə qarşılaşacaq. Matç oktyabrın 8-də, saat 17:00-da “ASK Arena”da baş tutacaq.