Əvəzedicilər Liqasında IX tura yekun vurulub. “Sabah-2” bu turda evdə “Araz-Naxçıvan-2” ilə qarşılaşıb. “ASK Arena”da keçirilən oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Görüşdə komandamızın qollarına Ceyhun Nuriyev və İdris İnqilablı imza atıblar. Baş məşqçi Rövşən Babayev oyunda aşağıdakı heyətə şans verib:
16. Rüstəm Samiqullin, 29. Ceyhun Nuriyev, 13. İdris İnqilablı (k), 33. Camal Cəfərov (47. Firəddin Abdullayev, 66), 40. Rauf Rüstəmli, 72. Vasif Fərəcov (88. Xəyal Əliyev, 39), 71. Əli Əlizadə (91. Nicat Quliyev, 46), 93. Səbuhi Qurbanov, 36. Yaqub Yusubov (21. İldar Alekperov, 33), 78. Cavid Məmmədli (50. Emin Məcidzadə, 66), 53. Fəxri Məmmədli.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 86. Kamil Mahmudov, 73. Məhəmməd Əliyev, 80. Sənan Ağayev, 97. Şahmar Aşurov, 89. Mixail Beştoev.
9 turdan sonra hesabında 16 xal olan “Sabah-2” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.