Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb. “Sabah” FK-nın 7 futbolçusu – Ayxan Əlizadə, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Emin Feyzullayev və Ümid Səlimov da milli komandamıza dəvət alıblar.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin oyunları oktyabrın 18-dən 28-dək Serbiyada təşkil olunacaq.