Əvəzedicilərin Liqasında 10-cu turun oyunları keçirilib. “Sabah-2” bu turda evdə “Sumqayıt-2” ilə qarşılaşıb. “ASK Arena”da keçirilən matç komandamızın 4:3 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qollarımıza Xəyal Əliyev (2), Nicat Quliyev və Şahmar Aşurov imza atıblar. Baş məşqçimiz Rövşən Babayev oyunda aşağıdakı heyətə şans verib:

75. Emil Həbibov, 13. İdris İnqilablı (k), 33. Camal Cəfərov (97. Şahmar Aşurov, 63), 40. Rauf Rüstəmli, 47. Firəddin Abdullayev (29. Ceyhun Nuriyev, 63), 91. Nicat Quliyev, 88. Xəyal Əliyev, 72. Vasif Fərəcov (50. Emin Məcidzadə, 74), 73. Məhəmməd Əliyev, 89. Mixail Beştoev (93. Səbuhi Qurbanov, 50), 53. Fəxri Məmmədli.

Ehtiyat oyunçular: 76. Süleyman Həsənov, 86. Kamil Mahmudov, 42. Ruhid Mustafayev, 25. Hüseyn Məmmədzadə, 80. Sənan Ağayev, 32. Eltun Həsənli, 36. Yaqub Yusubov.

10 turdan sonra hesabında 19 xal olan “Sabah-2” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Komandamız növbəti turda səfərdə “Neftçi-2” ilə qarşılaşacaq. Görüş oktyabrın 30-da, saat 16:00-da “Neftçi Futbol Mərkəzi”ndə baş tutacaq.