Əvəzedicilər Liqasında 11-ci tura start verilib. “Sabah-2” bu turda səfərdə “Neftçi-2” ilə qarşılaşıb. “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında keçirilən oyun rəqibin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçimiz Rövşən Babayev matçda aşağıdakı heyətə şans verib:
55. Nicat Mehbalıyev, 29. Ceyhun Nuriyev (k) (80. Sənan Ağayev, 78), 33. Camal Cəfərov, 40. Rauf Rüstəmli, 47. Firəddin Abdullayev (21. İldar Alekperov, 59), 91. Nicat Quliyev, 88. Xəyal Əliyev, 25. Hüseyn Məmmədzadə, 73. Məhəmməd Əliyev (36. Yaqub Yusubov, 61), 97. Şahmar Aşurov (50. Emin Məcidzadə, 61), 93. Səbuhi Qurbanov (60. Tuncay Cəfərli, 78).
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 86. Kamil Mahmudov, 42. Ruhid Mustafayev, 72. Vasif Fərəcov, 32. Eltun Həsənli, 89. Mixail Beştoev.
“Sabah-2” növbəti turda “Zirə-2” ilə qarşılaşacaq. Görüş noyabrın 4-də, “ASK Arena”da keçiriləcək. 11 turdan sonra hesabında 19 xal olan “Sabah-2” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.