Azərbaycan kubokunun 2023/24-cü illər mövsümünün püşkü atılıb. Mübarizəyə 1/8 finaldan qoşulacaq “Sabah” bu mərhələdə “Kəpəz” / “Sportinq Baku” – “Kürmük Qax” cütünün qalibi ilə qarşılaşacaq.

Kubokun 1/8 final mərhələsinin oyunları dekabrın 19-21-də baş tutacaq. Bu mərhələdə rəqiblər bir-birinə qarşı 1 matç keçirəcək. Komandamız 1/8 finalda səfərdə oynayacaq.