Əvəzedicilər Liqasında 12-ci turun oyunları keçirilib. “Sabah-2” bu turda evdə “Zirə-2” ilə qarşılaşıb. “ASK Arena”da keçirilən matç komandamızın 2:0 hesablı qələbəsiylə nəticələnib. Görüşdə qollarımıza Şahmar Aşurov və Sənan Ağayev imza atıblar.
Məşqçimiz Rövşən Babayev oyunda aşağıdakı heyətə şans verib:
55. Nicat Mehbalıyev, 13. İdris İnqilablı (k), 33. Camal Cəfərov (89. Mixail Beştoev, 79), 40. Rauf Rüstəmli, 47. Firəddin Abdullayev (93. Səbuhi Qurbanov, 87), 88. Xəyal Əliyev, 50. Emin Məcidzadə (60. Tuncay Cəfərli, 66), 73. Məhəmməd Əliyev (36. Yaqub Yusubov, 87), 80. Sənan Ağayev (29. Ceyhun Nuriyev, 66), 97. Şahmar Aşurov, 53. Fəxri Məmmədli.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 91. Nicat Quliyev, 42. Ruhid Mustafayev, 25. Hüseyn Məmmədzadə, 72. Vasif Fərəcov, 78. Cavid Məmmədli.
12 turdan sonra sonra hesabında 22 xal olan “Sabah-2” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda Əvəzedicilər Liqasında növbəti oyununu noyabrın 12-də saat 14:00-da səfərdə “Turan Tovuz-2”-yə qarşı keçirəcək.