8 noyabr – Zəfər Günü münasibəti ilə 2013-14-cü il təvəllüdlü futbolçular arasında Zəfər Kuboku keçirilib. “Sabah” Futbol Akademiyası “Vətən” Futbol Məktəbinin təşkilatçılığı ilə keçirilən turnirə 2 komanda ilə – “Sabah” və “Sabah-2” komandaları ilə qatılıb. “Sabah-2” turniri çemion kimi başa vurub. Sonrakı yerləri müvafiq olaraq “Vətən” və “Sabah” komandaları tutublar.
Turnirə yekun vurulduqdan sonra mükafatlandırma mərasimi keçirilib. Akademiyamızın koordinatoru Təbriz Həsənov və “Vətən” Futbol Məktəbinin qazi məşqçi-müəlliməri 44 günlük Vətən müharibəsində qazanılan qələbə barədə danışıblar.